• 2 Oktyabr 2020
logo
Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir

Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir

Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir.

BayMedia Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə paytaxt sakini, gənc nəslin nümayəndəsi Xəyalə Qurbanovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Xəyalə Qurbanovanın məktubunda qeyd edilir:

"Bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi kimi bu məktubu Prezident İlham Əliyevə böyük qürur hissi ilə yazıram.

Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir. Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Ölkəmizdə koronavirus pandemiyasına qarşı səmərəli tədbirlər görülərək qısa müddət ərzində maska istehsal edən müəssisə yaradıldı, "Yeni klinika" tibb müəssisəsi istifadəyə verildi, karantinə alınan insanlar ölkəmizin ən rahat və müasir otellərində yerləşdirildi.

Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Sizə təşəkkür edirik, cənab Prezident"!