• 21 Sentyabr 2020
logo
Milli Qəhrəman anası Prezidentə yazır: “Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam”

Milli Qəhrəman anası Prezidentə yazır: “Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam”

Laçın rayonunda məcburi köçkün, Ağcabədi rayonunda məskunlaşmış Məhərrəm Dünyamalıyev Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
O, dövlət başçısının koronavirusla mübarizəsə atdığı addımları yüksək qiymətləndirir, yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayandığını qeyd edir. M. Dünyanalıyev yazır: “Əziz Prezidentimiz.
Dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycana da təsirsiz ötüşməyib. Tibbin ən inkişaf etdiyi ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır.
Cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Möhtərəm Prezident, ölkəmiz üçün taleyüklü məsələlərin həlli ilə yanaşı, bizə - məcburi köçkünlərə qayğınızı davam etdirməyiniz, Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün inşa olunaraq istifadəyə verilmiş 645 ailəlik üç müasir tipli qəsəbədə bizə evlərin təqdim edilməsi mənzil-məişət şəraitimizi yaxşılaşdırmaqla bizi ürəkdən sevindirir. Bizə göstərdiyiniz bu davamlı qayğıya görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.
Biz - məcburi köçkünlər həmişə olduğu kimi, bu çətin günlərdə də kimin kim olduğunu yaxşı görür, müxalifətin pozucu əməllərini və qarayaxmalarını qətiyyətlə pisləyirik. Varlığımız qədər əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız hələ çox uğurlara imza atacaqdır. Sizə bu şərəfli fəaliyyətinizdə cansağlığı və nailiyyətlər arzulayıram”.
Goranboy rayonunun Tatarlı kəndindən olan Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva isə məktubunda Prezident İlham Əliyevin ölkənin tərəqqisi naminə nümayiş etdirdiyi fədakarlığa heyranlığını ifadə edib. G. Ocaqverdiyeva yazır: “Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
Mən milli qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun”.