• 1 Noyabr 2020
logo
"40 avroluq yol nişanını 1840 manata almaq nə qədər düzgündür?

"40 avroluq yol nişanını 1840 manata almaq nə qədər düzgündür?

40 avroluq yol nişanını 1840 manata almaq nə qədər düzgündür?
Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, biz bir çox hallarda bəzi dövlət qurumları dövlət satınalmaları zamanı onun maya dəyərini dəflərlərə şişirdilər: “Məsələn bu günlərdə oxudum ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bir yol nişanını almaq üçün 1840 manat ödəyib. Hansı ki, həmin yol nişanı istehsal olunduğu ölkədə uzağı 40 avro dəyərindədir. Qoy onun üzərinə gömrük və sair xərclər gəlsin və bu da 100 manat etsin. Daha 1840 manat olmaz ki?! Bu yolverilməz haldır. Bir də yol nişanını ölkə daxilində hazırlamağa nə var? Odur ki, bu qanuna yenidən baxmaq lazımdır. Ölkə başçısı da son müşavirədə bu məsələyə toxundu. Prezident Milli Məclisdəki çıxışında bildirdi ki, bizə keyfiyyətli qanunlar lazımdır”.