• 19 Sentyabr 2020
logo
Azərbaycanla Qırğız Respublikası arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edildi

Azərbaycanla Qırğız Respublikası arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikası Hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd edilir:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikası Hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında 2019-cu il noyabrın 29-da Bişkek şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərsin.