• 25 Sentyabr 2020
logo
Azərbaycan və Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

Azərbaycan və Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd edilir:

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında 2019-cu il noyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.