• 21 İyul 2024
logo
Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir

Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir

Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yerini düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir. Ölkəmizin başçısının cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində toxunduğu məslələr bir daha göstərmişdir ki, bu siyasət ardıcıl və davamlı olaraq həyata keçirilməkdədir. Ona görə də Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

Dövlətimizin başçısı cənab İlham Əliyev müsahibəsində Azərbaycanın yaşıl gündəliyi, ölkəmizdə yaradılmış son dərəcə cəlbedici investisiya mühiti və bir çox digər mühüm məqamlar barədə detallı açıqlamalar verib. Qeyd olunub ki, Azərbaycan bu gün nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu seqmentdə dünyanın aparıcı şirkətlərindən olan “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin müsahibəsindən göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda ölkəmizin özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bu da gələcəkdə Azərbaycanın ən böyük yaşıl enerji ixracatsını çevrilməsini göstərir. Cənab Prezident eyni zamanda qeyd etmişdir kİ, “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addımlarındandır. Yaradılan möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirilir. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.

Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramı icra ediləcəkdir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti