• 19 Sentyabr 2020
logo
Xankəndidə saxta "seçkilər" və ya epidemiyaya təkan

Xankəndidə saxta "seçkilər" və ya epidemiyaya təkan

Koronavirus pandemiyası Ermənistanın baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra daha da qeyri-ardıcıl olan dövlət siyasətinin aşkar səhvlərini növbəti dəfə üzə çıxardı. O, nəinki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların dalana dirənməsi üçün əlindən gələni edir, həm də özünün daim səsləndirdiyi qondarma "Qarabağ xalqının öz müqəddəratını təyin etmə" "prinsipini" şübhə altına alır.

O, Ermənistan ərazisində koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin fonunda Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" keçirməklə növbəti dəfə Qarabağ ermənilərinin hüquqlarını tapdaladı. Bu "seçkilər" növbəti dəfə Yerevan hakimiyyətinin nə dərəcədə yalana qurşandığını və Qarabağ ermənilərinin onlar üçün hansı "dəyər" kəsb etdiyini göstərdi. Sonuncular, hətta "seçkilərə" və Paşinyanın, eləcə də onun qarabağlı əlaltılarının maraqları dairəsində baş verən saxtalaşdırmalara etiraz olaraq Xankəndidə aksiya keçirdi. Aydındır ki, "seçki" keçirməklə onlar Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusun yayılma mənbəyini yaradıblar. "Seçki prosesi" insanların toplaşmasına səbəb olub və koronavirus təhlükəsi dəfələrlə artıb. Qarabağ erməniləri bərabər hüquqlar, koronavirusun yayılması şəraitində Ermənistandakı kimi karantin rejiminin tətbiq olunmasını tələb edirdilər. Ermənistanda karantin rejimi martın 16-da tətbiq edilib, ölkəyə giriş-çıxış bağlanıb, bütün tədris müəssisələri dayandırılıb, eləcə də ictimai tədbirlər qadağan edilib.

Növbəti dəfə Yerevan hakimiyyəti bölgə sakinlərinin maraqları ilə hesablaşmayaraq, aprelin 14-də Xankəndidə qondarma "seçkilər" keçirdi. Bütün dünyada qəbul olunan özünütəcrid tədbirlərinə zidd olaraq hakimiyyəti sakinləri səsvermədə iştirak etməyə vadar edib. Saxtalaşdırmalar, işğalçı ordunun şəxsi heyətinin səsverməyə cəlb edilməsi sayəsində Paşinyanın əlaltısı Araik Arutyunana 40 min nəfərin səs verdiyi bildirildi və o, qalib elan olundu. Erməni təbliğatı ilk dəfə deyil ki, yalan danışır, amma Qarabağda cəmi 50-60 min adamın yaşadığı təqdirdə, bu qədər seçicinin olması ağ yalandır.

Bu qondarma "seçkilər" təkcə Bakı yox, bütün ölkələr tərəfindən qanunsuz elan edildi. Dünya ictimaiyyəti koronavirusun yayılmasından narahat olduğu bir vaxtda, Xankəndidə uydurulmuş qondarma "seçkilər" Yerevan hakimiyyətinin Qarbağ ermənilərinə faktiki münasibətini nümayiş etdirdi. İctimaiyyət qarşısında "Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququ"ndan danışan və "azad və demokratik seçkilər"lə əlaqədar təbrik ünvanlayan baş nazir Paşinyan eyni zamanda Qarabağ ermənilərinin elementar həyat hüququna biganəlik nümayiş etdirdi. Getdikcə daha da aydın olur ki, Qarabağ erməniləri Yerevana lazım deyil, öz xroniki həlledilməz problemləri onlar Ermənistana yük olur ki, Ermənistanın özünün də post-koronavirus müddətində mövcud olması ciddə şübhələr yaradır.

"Baku Network" Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm