• 29 Sentyabr 2020
logo
Sahibə Qafarova: “Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”

Sahibə Qafarova: “Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”

“Prezident İlham Əliyevin keçirdiyi videokonfrans şəklində müşavirədə ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olmasını qeyd edib”.

Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.

Spiker deyib ki, koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əmindir: “VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq.

Prezidentin son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdı. O cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma “seçkilərə” münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə ediblər. Bu gün onların bu “seçki”lərə münasibət bildirməməsi qəbul edilməzdir. Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib”.