• 19 Sentyabr 2020
logo
Dmitri Solonnikov: Dünya ictimaiyyəti işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" heç vaxt tanımayacaq

Dmitri Solonnikov: Dünya ictimaiyyəti işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" heç vaxt tanımayacaq

İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident və parlament seçkiləri" beynəlxalq ictimaiyyətin marağını cəlb etməyib və etməyəcək.

Bunu rusiyalı ekspert Dmitri Solonnikov deyib.

O bildirib ki, "müstəqil dövlət" qismində BMT-nin heç bir üzvü, o cümlədən Ermənistan tərəfindən tanınmayan Dağlıq Qarabağ digər dövlətlərin malik olduğu hüquqlara sahib deyil:

"Bununla əlaqədar olaraq BMT üzv dövlətlərinin rəsmi sənədlərində digər ölkələr üçün qəbul olunmuş seçkilər, prezident, parlament, hökumət kimi siyasi kateqoriyaları çox ehtiyatla qeyd edirlər. Bu, tanınmamış respublikanın rəhbərliyini ifadə edən formulalara da aiddir. Keçirilmiş "seçkilər" uzun müddət ərzində formalaşmış bu yanaşmanı dəyişməyəcək. Eyni zamanda digər maraqlı nüansa diqqət yetirmək lazımdır:

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "seçkilər" Yerevanda yeni hakimiyyətin dövründə keçirilib və bu prosesi ilk növbədə baş nazir N.Paşinyanın hakimiyyətini möhkəmləndirmək cəhdi kimi nəzərdən keçirmək lazımdır. Onun üçün "Qarabağ klanı" ilə mübarizə prinsipial əhəmiyyət daşıyır və qondarma "seçkilər" məhz bu istiqamətdə istifadə olunub. Bu kontekstdə, həmçinin Paşinyanın yanvarın 25-də Qarabağ münaqişəsinin nizamlanmasının variantları barədə açıqlaması da uyğunlaşır. O variantlar Ermənistanın indiki siyasi kursu üçün qəbuledilən deyil və ümumiyyətlə Serj Sarkisyanın adına yazılır.

Hesab edirəm ki, qondarma "seçkilər" Ermənistanda daxili siyasi məsələlərin həlli baxımından maraqlıdır. Yəqin ki məhz buna görə seçki prosesi koronavirus pandemiyasına baxmayaraq təxirə salınmadı. Böyük Britaniyada bələdiyyə seçkiləri, Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı referendum təxirə salındı. Amma qondarma "Dağlıq Qarabağ Respublikası"nda bu proses davam etdi. Hər kəs öz qərarını, öz dəyərləri əsasında qəbul edir".