• 21 Sentyabr 2020
logo
Yevgeni Mixaylov: Heç bir ölkə işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır

Yevgeni Mixaylov: Heç bir ölkə işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır

Beynəlxalq təşkilatlar, dünya ölkələri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində keçirilən qanunsuz "seçkilər"i tanımır, çünki bu fakt Ermənistan tərəfindən bütün beynəlxalq normaların birmənalı şəkildə pozulması deməkdir.

Bunu Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər"i Trend-ə şərh edən rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ birmənalı şəkildə tarixi Azərbaycan ərazisidir və bunu beynəlxalq təşkilatların qətnamələri təsdiq edir: "Faktiki olaraq, heç bir ölkə Azərbaycanın ərazisində keçirilən uydurulmuş, qondarma "seçkilər"i tanımır və bu onu ifadə edir ki, dünya ictimaiyyəti işğal olunmuş ərazilərdə bütün növ fəaliyyətə, o cümlədən siyasi fəaliyyətə qarşı çıxır. Qeyd edim ki, Rusiya da qondarma "Artsax liderləri"ni ərazisinə buraxmamaqla öz mövqeyini ifadə edib".

Ekspert bildirib ki, Dağlıq Qarabağdakı vəziyyət Azərbaycan üçün çox vacibdir, ölkə orada baş verən hadisələri diqqətlə izləyir, amma bir tərəfdən erməni siyasətçilər bunun hesabına "reklam olunur": "KİV-də sadə erməni xalqının adından danışmaq hüququna iddia edən hər kəs mediada yer almaq imkanı qazanır. Xalq isə fikrimcə, artıq xroniki qanunsuzluqdan yorulub. Sadə insanlara nə lazımdır? Dinc şəkildə yanaşı mövcud ola biləcəkləri güclü dövlət. Amma erməni siyasətçiləri Rusiyanı təxribata çəkməklə münasibətləri birdəfəlik pozmaq həddində manevrlər edirlər. Bunu xalqın maraqları üçün etdiklərini desələr də, onlar yalnız Soros dollarlarını düşünür. Qarabağ erməniləri başa düşməlidir ki, onlar yalnız tarixi mənsub olduqları Azərbaycanın tərkibində dinc yaşaya bilərlər".