• 6 Dekabr 2024
logo
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Müdafiə Nazirliyində olub

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Müdafiə Nazirliyində olub

İyulun 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin fəaliyyəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlik ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.
Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkəmizlə beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində ona uğurlar arzulayıb.