• 25 Oktyabr 2020
logo
“İlham Əliyev üzərinə məsuliyyət götürməyi baçaran örnək liderdir”, - Sahib Alıyev

“İlham Əliyev üzərinə məsuliyyət götürməyi baçaran örnək liderdir”, - Sahib Alıyev

"Türk Şurası dünyada ilk beynəlxalq təşkilat oldu ki, videokonfrans yoluyla dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşünü keçirdi. Belə bir görüşü keçirmək təşəbbüsündə bulunmaq və onu reallaşdırmaqla cənab Prezident göstərdi ki, Azərbaycan qlobal fəlakət şəraitində imkanszlıq üzündən beynəlxalıq subyektliyini itirənləri demirik, nəsə etməyə imkanı ola-ola da seyirçi qalanların bir çoxundan fərqlənir və iqtisdaiyyatı, insan resrursları, elmi, hərbi potensialı, digər göstəriciləri ilə bizdən böyük olanlardan daha böyük dövlətdir". Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında millət vəkili Sahib Alıyev bildirib: "Biz eyni zamanda onu da gördük ki, cənab İlham Əliyev özü isə qlobal çağırışları düzgün dəyərləndirib, operativ reaksiya verən və üzərinə məsuliyyət götürməyi baçaran qlobal miqyaslı örnək liderdir. "Pandemiyanın ilk günlərindən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasına, özünəqapanma yolunu seçməsinə" rəğmən Azərbaycan Prezidentinin təşəbbüsüylə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fərqli davranış sərgiləyən yaranmış reallığa adekvat, məsuliyyətli və xoşməramlı reaksiya verən ilk beynəlxalq təşkilat olması məhz bunun təsdiqidir. Məhz Azərbaycan Prezidentinin bu təşəbbüsündən sonra dünya onu da gördü ki, xoş günlərdə aralarından su keçmədiyi halda koronavirus təhlükəsi meydana çıxandan xudbinlik göstərən, köməkdən imtina bir yana, bəzi hallarda qonşuları üçün göndərilən humanitar yardımı belə mənimsəyənlərlə yanaşı, bir-birinə və bütün dünyaya yardım etməyə hazır olan dövlətlər də var-onlar türk dövlətlərdir. Yəqin videokonfransda Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Azərbaycanla Türkiyəyə Avropa dövlələrinə göstərdikləri yardıma görə necə təşəkkür etdiyinə baxdınız. İtalyanların Avropa Birliyinə onların üzləşdiyi faciəyə seyirçi qalmasına sitəmləri fonunda Dünya Səhiyyə Təşkilatının milliyətcə yunan olan baş direktorunun avropalılara yardım edənlər arasında örnək dövlətlər olaraq Azərbaycanla Türkiyənin adlarını çəkməsinin nə demək olduğu yəqin hər kəsə aydındır". Onun sözlərinə görə, bu fövqaladə Zirvə cənab Prezidentin təbirincə desək, bizi "ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlərin birləşdirdiyini", "Türk Şurasının dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu" və burada 3 dövlətin -Azərbaycan, Türkiyə, Qazaxıstan daha mühüm rol oynadığını növbəti dəfə təsdiqlədi: "Baxın, Qırğızıstan Prezidneti koronavirusla mübarizədə onlara yardım edən dövlətlərdən danışarkən Azərbaycan, Türkiyə və Qazaxıstanın adlarını çəkdi, Macarıstanın baş naziri isə çıxışına ölkəsinə yardımını əsirgəməyən rəsmi Bakıyla Ankaraya təşəkkürlə başladı. Cənab Prezidentin çıxışından özüm üçün əxz etdiyim daha iki məqamdan biri onun Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüş ianələrin həcminin 110 milyon manatı ötməsini deyərkən bunun cəmiyyətimizdə olan həmrəyliyin göstəricisi olmasını vurğulamaqla öz xalqıyla fəxr etdiyini qabartmasıydı. İkinci məqam yenə statistik faktlara dayanır və yaxşı olar ki, beşinci kolon təmsilçiləri, "koronavirus demokratları"nın təsiri altında olanlar da buna diqqət yetirsinlər: "İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır". Bu fakt təbii ki, həm də ona görə açıqlanırdı ki, digər qardaş dövlətlər də Azərbaycanın təcrübəsindən faydalansınlar. Diqqətimi çəkən məsələlərdən biri də indi ölkələr arasında quru və hava yollarının bağlandığı bir şəraitdə yenə də Azərbaycan Prezidentinin təşəbbüsüylə reallaşdırılan Bakı-Qars dəmir yolu xəttinin srtateji önəminin daha da artmasıdır ki, bunu Türkyiənin dövlət başçısı cənab Ərdoğan da öz çıxışında vurğuladı. Məhz bu yolun mövcudluğu sayəsində cənab Prezidentin də qeyd etdiyi kimi pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən Azərbaycandan keçməklə 180 min tondan artıq, yəni ötən ilin eyni dövründəkindən 40 min ton çox yük daşınıb. "Bugünkü fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir",- deyən cənab İlham Əlyiev bununla bir tərəfdən Azərbaycanın digər türkdilli dövlətlər arsında oynadığı birləşdirici rolu göz önünə sərdi, digər tərəfdən də qlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlərin özlərinə qapanmadığını göstərməyi, bu qurumu bütün dünya üçün örnək sayıla biləcək əməkdaşlıq modeli kimi təqdim etməyi bacardı. Nəhayət, gəldiyim sonuncu nəticə: 2009-cu ildə Türk Şurasının Naxçıvanda keçirilən Zirvə görüşündə cənab İlham Əliyev Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi faktına toxunarkən burada əsas məqsədin Türkiyə ilə digər türk dövlətləri arasında birbaşa əlaqənin aradan qaldırılması olduğunu bildirmişdi. İndiki bu ağır dövrdə qabaqcıl texnologiyadan faydalanaraq bu Zirvəni keçirməklə cənab İlham Əliyev göstərdi ki, artıq 20-ci əsrin əvvəllərindəki zehniyyət işləmir, süni coğrafi anklavların geosiyasi virus olaraq get-gedə mənfi potensialları azalır. Və ümid edirəm ki, türk dövlətlərinin hamısı koronavirus kimi bu geosiyasi virusun da tək Azərbaycan deyil, onların özü üçün də zərərliliyinin, onu görməzdən gəlmənin, yoxmuş kimi davranmanın təhlükəliliyinin yetərincə fərqində olacaq və bununla bağlı daha sərt, daha prinsipial mövqe ortaya qoyacaqlar". Əli