• 18 May 2024
logo
“Əli Hüseynov Gürcüstanda uzaqgörən və cəsur azərbaycanlı siyasətçi kimi tanınıb”

“Əli Hüseynov Gürcüstanda uzaqgörən və cəsur azərbaycanlı siyasətçi kimi tanınıb”

XX əsrin əvvəllərində Çar Rusiyasının çökməsi prosesi başlanılmışdı. İmperiya bir-bir nəzarəti altında olan ərazilərə itirməyə başlayırdı. Baş verənlərin fonunda cənubi Qafqazda kənarda qala bilməzdi. Etirazların fonunda milli müfkəri ideologiyası geniş sürətlə yayılmağa başlayırdı. İstər Azərbaycanda, Gürcüstan proses tamam başqa istiqamətdə davam etsə də, Ermənistanda qatı millətçilik, “böyük ermənistan” xülyaları fonunda inkişaf edirdi.
Gürcüstanda demokatik hərəkat uğrunda gücü siyasətçiləri ilə yanaşı, orada yaşayan minlərə soydaşımız fəallığı ilə seçilirdi və demokratikləşməyə öz töhfələrini verirdilər.
1918-1920-ci illərdə Gürcüstan Demokratik Respublikasının parlament seçkilərində fəal iştirak etməklə yanaşı, həmçinin dövrün qabaqçıl ziyalıları seçkilərdə namizəd kimi iştirak edirlər. Belə şəxslərdən biri də Əli Hüseyn oğlu Hüseynov olub. Əli Hüseyinov dövrünün ağıllı, uzaqgörən və cəsur siyasətçilərindən olub. Həmçinin, az araşdırılan şəxslərdən olub. Düzdür tarix elmləri doktoru Fəxri Hacıyev araşdırmalarında onun adını çəkib. Belə şəxsiyyəti oxucularımıza daha geniş şəkildə tanıtmaq vacib məsələdir. “Maarif” hüquqi, elmi-metodiki maarifləndirmə mərkəzi” İttifaqının sədri, “Maarif” qəzet-jurnalının baş redaktoru Ələddin Qarabağlı Əli Hüseynovla haqqında geniş söhbət etmişik.
-Əli Hüseyinov kim olub? Onun həyatı haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirəm...
-Əli Hüseyn oğlu Hüseynov 1876-cı ildə Qardabani (Qarayazı) rayonun Ağtəhlə kəndində anadan olub. Uşaqlıq dövrünü atasının yanında - təsərrüfatçılıqda, heyvandarlıqda keçirib. Gənc yaşlarında öz tay-tuşlarından fərqlənən Əli artıq həddi-buluğa çatdıqda dövrünə görə dini anlayışı təhsili ilə yanaşı qədər dünyəvi elmlərlə də maraqlanıb və müəyyən dərəcədə təhsilə malik olub.
25 yaşında ailə həyatı qurub. İki dəfə ailəli olub. Biri Qardabani rayonun Təzəkənd sakini Sultan Tanrıverdi qızı idi. Ondan Adıgözəl, Salman, Şəmsəd, Muxtar və Havaxanım adında övladları olub. Digər ailə həyatı qurduğu qadın Gülsüm Əhmədalı qız idi: Zeynəb, Sura və Turan adında övladları dünyaya gəlib. O, artıq həddi-buluğa çatdıqda onun evləndiyi iki qadından 8 uşağı: 4 oğlu və 4 qız sahibi olub.
-Bildiyimiz qədər gürcü dilini mükəmməl bilirmiş...
-Bəli. Uzun müddət Kaxetiya bölgəsində atası ilə birlikdə gürcülərlə yanaşı həmsöhbətdə - ünsiyyətdə olduğundan gürcü dilini mükəmməl (danışıq) öyrənə bilib.
-Bir qədər də onun parlament fəaliyyətindən danışaq..
-Qardabani rayonun Ağtəhlə kəndindən Respublikada "Eroba" Yerli özünüidarəetmə orqanları seçki təşkili məsələsi Gürcüstan Demokratik Respublikasının ilk parlament funksiyasını daşıyan Gürcüstan Milli Şurasında namizədliyi Gürcüstan Sosial Demokrat Fəhlə Partiyasının "Hümmət" Sosial Demokrat Müsəlman Təşkilatı ilə razılaşdırılmışdı. Artıq bu vaxt onun təxmini olaraq 42 yaşı olardı. O, 1918-ci ilin noyabr ayında keçirilən Tbilisi mahalı bələdiyyə seçkilərində bələdiyyə məclisinin deputatı olur. Onun əsas üstünlüklərindən biri o idi ki, qismən də olsa dünyəvi elmi savada malik olmaqla yanaşı eyni zamanda dövlət dili – gürcü dilini mükəmməl bilməsi əsas faktor idi.
-Necə faiz səslə qəbələ qazanıb?
-Ümumilikdə Tiflis qəzası üzrə seçkilərdə 18 216 səs verilir, yəni seçki aktivliyi 43,6% olur. Ümumi səslərin 75,79%-ni Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyası və Gürcüstan Sosialist-Federalist İnqilabçı Partiasından ibarət sosialist bloku, 24,19%-ni isə Gürcüstan Milli-Demokrat Partiyası ilə partiyasız namizədlərin bloku toplayırlar. Beləliklə qəza "Erobası"na seçilən 45 qlasından 33-ü - Sosialist blokunu, digərləri GMDP və partiyasız namizədləri təmsil edir. Türk namizədlərindən Əli Hüseyn oğlu (Qarayazı dairəsindən) Tiflis qəzasının "eroba" qlasnıları, yəni yerli özünidarəetmə orqanlarının deputatları seçilir. 1920-ci il Tbilisi mahalı bələdiyyə məclisi üzvlərinin şəkili şəkildə 3-cü sıradakılar arasında Qardabaninin Ağtəhlə kəndindən seçilmiş Əli Hüseyn oğlu da var. Əli Hüseyn oğlu Sosial Demokratlar və Hümmət partiyasının siyahısından seçilib və şəkil çəkilən zaman təxminən 42 yaşı olub.
-Onun qəhrəmanlıqları haqqında danışılır. Bildiyimiz onun qocaqlığı ona böyük maneə yaradır. Bu barədə nə deyə bilərsiniz?
-Deputatlıq fəaliyyəti ilə yanaşı 1918–1928-ci illər arası Qardabani rayonun Ağtəhlə kəndində kənd koxası (indiki, sakrebulo sədri) vəzifəsində çalışmışdı. Gürcüstanda sovetləşmə prosesi dövründə yerli əks inqilabçı quldur dəstələri tez – tez Bakı-Tbilisi-Batumi dəmir yolunun Ağtəhlə ərazisində (Qaçiani dayanacağında) yük daşıyan vaqonlara hücum edərək qəraət ilə məşğul olurdular və bu proses get-gedə güclənirdi. Bu vəziyyətin qarşısını almağı Tbilisi bələdiyyəsi - Qardabani rayonu rəhbərliyi Əli Hüseyn oğluna xüsusi tapşırıq verir. Təbii ki, Əli Hüseyn oğluna bir deputat və həmçinin kənd koxası kimi ona tapşırılan işin məhsuliyyətini əla dərk edirdi. Ona görə də bu məsələnin konkret həllini özü həlli edəcəyini qəti qərar verir.
Rayon rəhbərliyi ona bildirir ki, ərzaq vaqonu yaxın vaxtlarda Qardabani dəmir yol məntəqəsindən Tbilisi-Batumi istiqamətində yönələcək. Əli Ağtəhlə ərazisində (Qaçiani dəmir yol məntəqəsi) müəyyən məkanda gözləmə mövqeyi yaradır və vaqonun stansiyadan “xatasız" keçməsini müşahidə edir. Lakin, quldur dəstəsi vaqonun hər anini dəqiqlikdə bildiyindən stansiyada süni maneə yaradaraq vaqonu saxlatdırırlar - vaqonlardan un kisələrini talan edirlər. Bu prosesdə kimlər iştirak etdiyini quldur dəstəsinin üzvlərinin şəxsiyyətlərini müəyyənləşdirən Əli rayon rəhbərliyinə məlumat verənə kimi, quldur dəstəsinə məlum olur ki, onları ələ keçirəcəklər. Quldur dəstəsi çıxılmaz vəziyyətdə qaldıqda özlərini güvəndikləri quldur başçıları ilə: Vəli Qulam oğlu və Məzahir Qasım oğlunun (adlar şərtidir) məsləhəti ilə Əli Hüseyn oğlunun həyətinə talan etdikləri un kisələrindən bir neçə ədəd yerləşdirirlər və təcili rayon rəhbərliyinə zarət idarəsinə məlumat verirlər ki, vaqonu dağından elə Əli Hüseyn oğlunun özüdür və həyətində un kisələri yığılıb.
-Quldurlar öz istəklərinə nail ola biliblərmi?
-Təəsüf ki, fırıldaqçı quldur dəstəsinin rəhbərliyi özlərinin çirkin niyətlərinə çataraq belə bir igid insanı tutdururlar. Onu Sibirə, Omsk şəhərinə sürgün etdirirlər. 1932-ci ildə 56 yaşında Omski şəhəri-dustaqxanasında qəsdlə öldürtdürürlər və orada dəfn olunur

Elnur Eltürk