• 4 May 2024
logo
“Bu göz görə-görə inhisarçılığın yaradılmasıdır”

“Bu göz görə-görə inhisarçılığın yaradılmasıdır”

“Hörmətli sədr! 14-cü maddəni olduğu kimi oxuyuram: Tütünün və tütün məmulatlarının idxalı və ixracı. 14.2-1.1. Azərbaycan Respublikasının ərazisində azı bir il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi. Hörmətli Tahir müəllim! (Tahir Mirkişili) Bu o deməkdir ki, sən ölkəyə tütün gətirmək istəyirsənsə özün Azərbaycanda bir il tutaq ki, tütün istehsal eləməlisən”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib: “Niyə tütün istehsal edən adamın özünə– bu onsuz da özü isthsal edir və satır- bunun ticarəti ilə məşğul olmaq, yəni yalnız xaricdən onun siqaret gətirib Azərbaycanda satmasına icazə veririk. Yəni bu göz görə-görə Azərbaycanda inhisarçılığın yaradılmasıdır. Burada mübahisəli nə var ki?”.