• 20 Aprel 2024
logo
Yevgeni Mixaylov: Ermənistanda anti-Rusiya isteriyası münasibətlərin pozulmasına aparır

Yevgeni Mixaylov: Ermənistanda anti-Rusiya isteriyası münasibətlərin pozulmasına aparır

Ermənistanda anti-Rusiya isteriyası, millətlərarası ədavətin qızışdırılması erməni siyasətinin məğzini əks etdirir və indiki hökumətin hakimiyyətə gəlməsi ilə daha da güclənib.

Bir neçə gün əvvəl Rusiya nəşrlərindən birində dərc olunan məqalədə deyilir ki, Ermənistanda Rusiya hərbi bazasına hücumlar fəallaşıb, Rusiyanın ünvanına koronavirusu dünyada yaymaq ittihamları səsləndirilir.

Bu məsələni şərh edən rusiyalı ekspert Yevgeni Mixaylov səsləndirilən ittihamları tamamilə absurd adlandırıb:

“KİV-lər vasitəsilə Rusiyanın ünvanına səsləndirilən koronavirusu yayma ittihamları Ermənistan rəhbərliyinin öz günahlarına bəraət qazandırmaq üçün cılız cəhdləridir. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinə gəldikdə isə, bu, qığılcım deyil, hakimiyyətin səssiz razılığı ilə davam edən və Moskva ilə münasibətlərin pozulmasına yönəlmiş destruktiv gündəmdir. Yəqin ki, baş nazir Nikol Paşinyan nə etmək lazım olduğunu özü də bilmir. Qərb tərəfdaşları pandemiya fonunda öz problemləri ilə məşğuldur. Rusiya ilə sanki sona qədər küsməyib, amma üzdəki xoş təbəssüm heç bir illüziya yaratmır. Ona görə də, Yerevan öz səhvlərində kimisə günahlandırmalıdır, indiki halda Rusiya hədəf alınıb. Biz bilirik ki, Sorosun əlaltıları lap əvvəldən rusiyalı hərbçilərin Ermənistandakı mövcudluğunu etibarsızlaşdırmağa çalışıb. Hər tərəfdən bağlı bir respublika pandemiyadan sonrakı narahatlıqların öhdəsindən tək gələ bilməyəcək. Amma bununla yeganə qarantlarını günahlandırmağa davam edirlər.”