• 2 May 2024
logo
“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında veteranları görürük”

“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında veteranları görürük”

“Bir sıra qanunlar haqqında dəyişiklər edəcəyik. “Veteranlar haqqında” qanunun 15-ci maddəsi “Dərman və müalicə vasitələri ilə təminat” adlanır. Yalnız İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. Bunların çoxu artıq dünyasını dəyişib. Bəlkə də barmaqla sayılacaq qədər insanlar qalıb”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili “mən bilirəm ki, bütün veteranlar üçün bunu eləməyə ola bilsin ki, dövlətin imkanları yoxdur”,- deyə əlavə edib: “Amma ən azı əlillik almasa da müharibədə 30 faiz sağlamlığını itirmiş və yaralanmış şəxslər üçün bu nəzərdə tutulmalıdır. Ona görə biz hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin qarşısında veteranları görürük. Onlar əllərində resept deyirlər ki, “dərman almağa imkanımız yoxdur”. Adamın ürəyi ağrıyır. Ona görə də təklif edirəm ki, bu barədə düşünək və 15-ci maddəni dəyişək”.

Əli