Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb.
Bolnisi və Marneulidə ehtiyacı olan ailələrə 600 bağlama humanitar yardım veriləcək.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, bu aksiya iki ölkə arasında dostluq naminə həyata keçirilir:
“Biz xeyriyyə aksiyasını Azərbaycan prezidentinin təşəbbüsü ilə keçiririk. Aksiya dünən başlayıb. Bu gün biz Marneulidəyik. Bu aksiya, həmçinin Rustavi, Qardabani, Kaxeti, Tbilisi və Şida-Kartlidə də keçiriləcək. Bizim bir məqsədimiz var: koronavirusla bütün gücümüzlə mübarizə aparmaq. Mən əminəm ki, bu, tezliklə başa çatacaq. Gürcüstan hökuməti bunun üçün bütün səyləri göstərəcək”.