• 23 İyun 2024
logo
YAP Xətai rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir

YAP Xətai rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsindəyik. Ümummilli Liderin xalqımız qarşısında xidmətlərinin miqyası o qədər böyükdür ki, onları indiki və gələcək nəsillərə çatdırmaq üçün müxtəlif mövzularda tədbirlərin keçirilməsinə böyük ehtiyac duyulur. Ölkənin ictimai - siyasi həyatında aparıcı rol oynayan, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ideyalarının təbliğatçısı kimi Onun titanik fəaliyyətinin, xalqa və dövlətə xidmətlərinin təbliği istiqamətində səylər göstərir, sıralarında birləşdirdiyi 800 minə yaxın üzvün hər biri bu işə öz töhfəsini verməkdən qürur duyur.

YAP Xətai rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir. 2024-cü il aprel ayının 17-dən başlayaraq Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Əbədiyaşar Lider“ mövzusunda inşa yazı müsabiqəsi və Bakı Şəhər Gənclər və İdman idarəsinin Xətai rayonu üzrə Gənclər və idman sektoru ilə birgə keçiriləcək minifutbol turniri də bu tədbirlərin tərkib hissəsidir.

İnşa yazı müsabiqəsində məktəblilər öz düşüncələri əsasında dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri fonunda portretini yaradacaq, Onu necə düşündüklərini müsabiqədə fəal iştirakları ilə ifadə edəcəklər.

Sonda inşa müsabiqəsinin və minifutbol yarışının qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.