• 20 Sentyabr 2020
logo
Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

Azərbaycan və Ukrayna arasında imzalanan növbəti Saziş təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilir.