• 29 Sentyabr 2020
logo
Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

Prezident İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulsun.