• 29 Sentyabr 2020
logo
ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi

ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi

İşğal olunmuş və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi və əhalinin sağlamlığına təhdidi gücləndirə bilərdi.

Bunu ATƏT Parlament Assambleyasının üzvləri bildirib.

ATƏT PA-nın prezidenti Georgi Sereteli qeyd edib ki, qurumun rəhbərliyi BMT-nin baş katibi Antoniu Quterreşin bütün dünyada atəşkəs çağırışını dəstəkləməyə razılıq verib.

O vurğulayıb ki, ölkələr koronavirus pandemiyasının qarşısını almağa çalışdığı vaxtda ATƏT regionunda hələ də münaqişələr tüğyan edir:

“Bütün dünya COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda silahlı münaqişələr bu səyləri çətinləşdirə bilər. ATƏT ərazisində bir sıra münaqişələr var. Mən bütün tərəfləri BMT-nin atəşkəs çağırışına əməl etməyə çağırıram ki, hamımız COVID-19-a qarşı ümumi mübarizədə səylərimizi birləşdirə bilək”.