• 2 Mart 2024
logo
Beynəlxalq Jurnalistlər Şurası Fransadan açıqlama istədi

Beynəlxalq Jurnalistlər Şurası Fransadan açıqlama istədi

Dünyanın 64 ölkəsində təmsilçisi olan Beynəlxalq Jurnalistlər Şurasının (GJC) Xarici Media Məclisi bir gün əvvəl Fransada azərbaycanlı jurnalist Aygün Həsənovanın təzyiqlərə məruz qalması ilə bağlı etiraz bəyanatı yayıb.

Qurumun Xarici Media Məclisinin sədri Elşad Eyvazlı AZƏRTAC-a bildirib ki, onlar jurnalistə qarşı belə bir davranışı kəskin şəkildə qınayıblar.

“Biz bütün hallarda jurnalistlərə qarşı hər cür basqı və zorakılığı pisləyirik. Ötən gün Azərbaycanın rəsmi media qurumu AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovaya qarşı olan basqılara görə, Fransa hökumətindən açıqlama istəyirik. Fransa kimi bir ölkədə jurnalistin peşəkar fəaliyyətinə maneə beynəlxalq hüquq və azadlıqlara ziddir. Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu, bütün dünyadakı jurnalistləri məyus edir. Heç bir əsas göstərmədən jurnalistin polis bölməsində saxlanılaraq ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”, - deyə bəyanatda vurğulanıb.