• 22 İyul 2024
logo
“MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün şəbəkələşmə tədbiri keçirilib

“MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün şəbəkələşmə tədbiri keçirilib

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün AzTv-nin sədr müavini, aparıcı və jurnalist Rüfət Həmzəyevin iştirakı ilə şəbəkələşmə tədbiri keçirilib.

Görüş zamanı Rüfət Həmzəyev televiziya və jurnalistika sahəsində olan təcrübəsindən danışıb, əzmkarlığın və zəhmətin önəmini vurğulayaraq gənclərə motivasiya verib.

İnteraktiv formada təşkil edilən tədbirdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.