• 17 Aprel 2025
logo
Qars Jurnalistlər Cəmiyyəti ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq sazişi üçün birgə razılıq əldə olunub

Qars Jurnalistlər Cəmiyyəti ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq sazişi üçün birgə razılıq əldə olunub

Elçin Mirzəbəyli: “Qardaşlığımızın daha da möhkəmləndirilməsini istəyirik”

Qars Jurnalistlər Cəmiyyəti ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq protokol sazişi üçün birgə razılıq əldə olunub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli, Azərbaycan Kardiologiya Cəmiyyətindən Üzeyir Rəhimov, Türküstan qəzetinin redaktoru Aqil Camal, hərbi ekspert Elxan Şıxəliyev, Yeni Azərbaycan Partiyasının millət vəkili Müşfiq Cəfərov və Şuşa Qazi Bəhruz Məmmədzadədən ibarət nümayəndə heyəti Qars Jurnalistlər Cəmiyyətini ziyarət edib.
“Xalq Cəbhəsi” Türkiyə mediasına istinadən xəbər verir ki, Səfər zamanı Azərbaycan nümayəndə heyətini Qars Jurnalistlər Cəmiyyəti və Avrasiya Media Ünsiyyət Konfederasiyasının prezidenti, Türkiyə İnternet Media Birliyinin Qars Vilayət Başçısı Ərcüment Daşdelen qarşılayıb.
Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov nümayəndə heyəti olaraq Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində Qarsda səfərdə olduqlarını bildirib.
Qasımov səfər çərçivəsində Qars Qafqaz Universitetində konfrans keçirdiklərini və rektor, professor Hüsnü Kapu ilə əməkdaşlıq protokolu imzaladıqlarını bildirib.
Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli Qars Jurnalistlər Cəmiyyəti ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq protokolu imzalamaq istədiklərini bildirib: “Biz iki ölkə arasında olan qardaşlıq münsibətlərinin daha da möhkəmləndirilməsini istəyirik. Bunun üçün ediləcək əməkdaşlıq protokoluna böyük əhəmiyyət veririk. Azərbaycan və Türkiyə olaraq iki ölkə mediasının əməkdaşlığı üçün imzalayacağımız əməkdaşlıq protokolu xeyirli olsun”.
Qars Jurnalistlər Cəmiyyətinin sədri Ərcüment Daşdelen səfərdən məmnunluğunu ifadə edərək, nümayəndə heyətinə Qars mətbuatı haqqında məlumat verib.
Qars və Azərbaycan mediası arasında imzalanacaq əməkdaşlıq protokolunun iki ölkənin qardaşlığına töhfə verəcəyini bildirən Daşdelen, Azərbaycan və Türkiyənin kədər və sevincinin bir olduğunu, vətən üçün canlarını fəda edən şəhidlər arasında heç bir fərq olmadığını vurğulayıb.
Daşdelen, “Türk dünyasında böyük bir oyanış görürəm. İndi türk dünyası oyanır. Bizi bir-birimizdən ayırmaq üçün oynanılan oyunları da bilirik. Təkcə aramızda iqtisadi əlaqələri inkişaf etdirmək kifayət deyil. Bunu təhsil, media, sosial, mədəni və hərbi səədə də inkişaf etdirmək lazımdır. Azərbaycan və Türkiyə regionda söz sahibi olan ölkələrdir. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər, qardaşlıq və strateji tərəfdaşlıq dünyada bənzəri olmayan bir örnəkdir. Azərbaycanın və Türkiyənin sevinci də, kədəri də birdir. Türkiyə xalqı 44 günlük müharibədə Azərbaycanın yanında olduğu kimi, şəhidləri üçün üzülərək, qazandıqları qələbə ilə qürur duydu. Eyni zamanda əsrin fəlakəti adlandırılan zəlzələ fəlakəti Azərbaycanda böyük ağrı ilə qarşılandı. . Azərbaycan xalqı qardaş Türkiyəyə kömək etməl üçün səfərbər oldu”,- deyə əlavə edib.
Görüş zamanı Azərbaycan və Türkiyə şəhərləri arasında mədəni əlaqələrə dair fikir mübadiləsi aparılıb, Qarsın əsrarəngiz gözəlliyindən danışılıb.
Həmçinin səfər zamanı Azərbaycanın Qarabağ zəfərində Türkiyənin dəstəyi, qarşılıqlı qardaşlıq əlaqələrin möhkəmləndirilməsi, türk dünyasının birgə layihələri, Zəngəzur dəhlizinin türk dünyasına verdiyi töhfələr müzakirə edilib.