Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət aprelin 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş beynəlxalq jurnalist mükafatının təqdimat mərasimində iştirak edib.
Dünyanın ən böyük maliyyə fonduna malik olan və Fetisov Jurnalistika Ödülləri adı ilə artıq 4-cü dəfə təqdim edilən mükafat 4 istiqaməti əhatə edir. Araşdırma, sülhə xidmət, vətəndaş hüquqları və ətraf mühit mövsuzunda yazan jurnalistlər bu müsabiqədə iştirak ediblər.
Qeyd edilən istiqamətlər üzrə ilk yeri tutanjurnalistlərin hər birinə 100 min İsveçrə frankı (192 min manat) məbləğində pul mükafatı verilib. 2-ci yerə 20 min, 3-cü yerə isə 10 min frank mükafatverilib.
Qaliblər dünyanın 81 ölkəsindən göndərilmiş 350 yazının müəllifləri arasından seçilib. İlkinmərhələdə yazıları Azər Həsrətin də daxil olduğubeynəlxalq ekspertlər şurası nəzərdən keçirib, müvafiq rəy verib. Daha sonra münsiflər heyətinövbəti mərhələyə keçən 37 yazı arasındanqalibləri seçib.
Azər Həsrət səfər çərçivəsində beynəlxalqplatformalarda özünəməxsus yeri olan media peşəkarları ilə görüşüb, müzakirələr aparıb. Eynizamanda o, mükafatın təşəbbüskarı, iş adamı, filantrop, prodüser Gleb Fetisovla görüşərək fikirmübadiləsi aparıb. Qeyd edək ki, Azər Həsrətartıq ikinci ildir ki, bu mükafat üzrə ekspertşurasında təmsil olunur.