• 29 Mart 2024
logo
İranda jurnalist həbs edildi

İranda jurnalist həbs edildi

İranda şagirdlərin zəhərlənməsi barədə məlumat yayan jurnalist Əli Purtəbatəbayi həbs edilib.
Baymedia.az xəbər verir ki, “Qum Nyus" saytının təsisçilərindən olan jurnalist martın 5-də saxlanılıb.
Üç aydır İranda şagirdlərin zəhərlənməsi ilə bağlı davamlı məlumat yayan və məsələni araşdıran jurnalistin həbsi media fəallarının etirazları ilə qarşılanıb.