• 19 Aprel 2024
logo
“Mirzə Xəzərin işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”

“Mirzə Xəzərin işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”

BAXCP İdarə Heyəti tanınmış jurnalistin vəfatı ilə bağlı başsağlığı müraciəti yayıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti ayrı-ayrı dönəmlərdə “Azadlıq” və "Amerikanın Səsi" radiolarının Azərbaycan bürosuna rəhbərlik etmiş tanınmış jurnalist və publisist Mirzə Xəzərin vəfatı ilə bağlı onun ailə üzvlərinə və doğmalarına başsağlığı müraciəti ünvanlayıb.
Müraciətdə deyilir:
“Azərbaycan xalqının dəyərli oğlu Mirzə Xəzərin vəfatı bizi dərindən kədərləndirdi.
20 Yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya və qəzetlər susdurulduğu günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən, sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayət əməllərini, Azərbaycanın və dünya ilə əlaqəsi kəsilmiş azərbaycanlıların haq səsini dünyaya çatdıran, Azərbaycan xalqının istiqlal və öz torpaqları uğrunda mücadiləsinin əsl mahiyyətinin dünyaya təqdim edilməsində böyük xidmətləri olan Mirzə Xəzərin işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!”