• 19 Mart 2024
logo
Azərbaycan jurnalistləri 2019-cu ildə: JuHİ illik hesabatını açıqlayıb

Azərbaycan jurnalistləri 2019-cu ildə: JuHİ illik hesabatını açıqlayıb

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb
Bakı, 17 yanvar 2020. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu ildə sosial durumlarının və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə
sorğusunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ümumilikdə ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 50 ümumrespublika
yayımlı KIV redaksiyasının əməkdaşları cəlb olunublar. Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2019-cu ildə onları dahaçox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində ciddi irəliləyiş olub Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir edib, tendensiya media müstəvisində də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin bağlanılması məsələsində ciddi dönüş müşahidə edilib. Sorğuya cəlb edilənlərin 97 faizi bildiriblər ki, çalışdıqları redaksiyalarda son bir ildə fərdi əmək müqavilələri bağlanılmasına çalışılıb. Müqayisə üçün bildirək ki, bu göstərici əvvəlki illərdə 90 % -dən də aşağı olub. Həmçinin, əvvəlki illərdə əmək müqavilələri ilə bağlı əsas problemlər:

- Fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi,
- Əmək müqaviləsi və ya “xidmət müqaviləsi”nin redaksiyalarda hər kəsə tətbiqedilməməsi

- Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğ təşkil etməsi və sair formalarda müşahidə edilirdi. Belə hallar işəgötürənin xeyrinə olaraq, həmin müqavilələlərə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. Jurnalistlərə “xidmət müqaviləsi”nin tətbiq edilməsi onların əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edirdi. Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi isə, qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin pensiya təminatına, həmçinin, əmək münasibətlərinəxitam verilmə hallarında işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərən amillərdən idi. Son illər ərzində, o cümləıdən, 2019-cu ildə həyata keçirilən dəyişikliklər bu problemlərin sürətlə aradan qaldırılması tendensiyası yaradıb. Əmək haqqı, orta aylıq gəlirlərdə artım olub. Bu kontekstdə diqqət çəkən məqam ondan ibarətdir ki, aylıq gəlirləri 700-900 manat civarında olan jurnalistlərin sayı 2019-cu ildə ötən illərlə müqayisədə əhəmiyyətli şəkildə artıb. Beləki, bu kateqoriyadan olanlar ümumi sorğu iştirakçılarının 72 faizini təşkil ediblər. Müqayisə üçün bildirək ki, 2018-ci ildə rəyi soruşulanların 4 faizi 350-500 manat, 61 faizi 500-700 manat, yalnız 31 faizi isə 700-900 manat civarında aylıq gəlir əldə etdiklərini bildirmişdilər. 2019-cu ildə 700-900 manat miqdarında əmək haqqı alan jurnalistlərin kəmiyyəti 41 faiz artaraq 72 faizə çatıb. Sorğu iştirakçıları 2019-cu ildə jurnalistlərin durumlarına müsbət təsir edən və onları qayğılandıran problemlər barədə də fikirlərini bildiriblər:- Dövlət və hökumət təmsilçilərinin sosial mediada aktivliyi, interaktiv münasibətlərə önəm vermələri diqqət çəkib. 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də bu sahədə xüsusi aktivlik nəzərə çarpıb ki, bu da jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında təmasların inkişafına, suallarının cavablandırılmasına şərait yaradıb.- Dövlət və hökumət strukturlarının, o cümlədən, əksər özəl şirkətlərin mətbuat xidmətləri vəictimaiyyətlə əlaqələr şöbələrinin keyfiyyətcə yenilənməsi prosesi də, 2018-ci ildə olduğu kimi, davam edib. 2018-ci ildə təqribən 28, 2019-cu ildə isə təqribən 17 nazirlik, idarə, müəssisə və şirkətlərdə informasiya verilməsinə məsul olan şəxslər dəyişdirilmiş, bu ştatlara peşəkar, aktiv jurnalistlər təyinat almışlar.- Real TV, o cümlədən, bir neçə yeni onlayn media qurumu fəaliyyətə başlamış, peşəkar media qurumlarının kəmiyyəti artmış, peşəkar jurnalistlər üçün iş yerlərinin sayı çoxalmışdır.

- APA holdinqə daxil olan informasiya resurslarının, həmçinin, “Ayna” qəzetinin öz fəaliyyətlərini bərpa etmələri də ilin diqqət çəkən media hadisələri sırasında olmuşdur. - İctimai Televiziyada, o cümlədən, Azərbaycan Dövlət Televiziyasında ciddi dəyişikliklərin aparılması, plüralist məzmun yaratmağa doğru ciddi addımların atılması, pluralizmə açılma tendensiyasının il boyu əsas xətt kimi inkişaf etdirilməsi ciddi media hadisəsi kimi diqqət çəkmişdir.

- Həbsə düşmələri jurnalistik fəaliyytlə əlaqələndirilməsə də, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən, "Azadlıq" qəzetinin şöbə müdiri,"Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin həbsdən azad edilməsi də media ictimaiyyəti tərəfindən diqqət çəkən məqamlardan olmuşdur.

- Tendensiyaya çevrilməsə də, KİV redaksiyalarına və fərd olaraq jurnalistlərə qarşı hədələmə, təhdid etmə, qısa müddətli saxlanılma kimi hallara təsadüf edilib. “Azadlıq” Radiosunun müxbiri İslam Şıxəli, “Arqument.az” xəbər saytının baş redaktoru Şəmşad Ağa, “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu və başqalarının ]rastlaşdıqları bu problemlər aradan qaldırılsa da, narahatlıq doğurub.

- Fəaliyyətləri və həbsləri birbaşa media ilə əlaqəli olmasa da, Bakupress.az adlı saytın baş redaktoru qismində təqdim edilən Şəfəq Ağacanın (Şəfəq Ağabalayeva), Realliq.info saytının baş redaktoru İkram Rəhimovun, Xeberman.com və Press-az.com informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Poladuvun həbs edilmələri də qeydə alınıb.