• 25 Aprel 2024
logo
İranda etiraz aksiyaları zamanı 35 jurnalist həbs edilib

İranda etiraz aksiyaları zamanı 35 jurnalist həbs edilib

İran İslam Respublikasının təhlükəsizlik aparatı hökumət əleyhinə nümayişlərlə bağlı xəbərlərin sızmasının qarşısını almaq üçün jurnalistləri geniş şəkildə həbs edib.
"Jurnalistlərə Dəstək Komitəsi" "İran daxilindəki media xəbərləri və mənbələrinə" istinadən İranda hökumət əleyhinə nümayişləri yatırmaq üçün İslam Respublikasının təhlükəsizlik aparatı tərəfindən həbs edilən jurnalistlərin siyahısını hazırlayıb.
Hər gün yenilənən bu siyahıda indiyədək oktyabrın 5-nə kimi İranda saxlanılan 35 jurnalistin adı açıqlanıb.
Bundan bir neçə gün öncə də, Sərhədsiz Reportyorlar təşkilatı İslam Respublikasını jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmağa, məhbusları azad etməyə və azad medianın məlumat əldə etməsinə icazə verməyə çağıran bəyanat yayıb.