• 9 Dekabr 2022
logo
Hulusi Kılıç Rövşən Məmmədovla görüşdü- ÖZ KİTABINI TELELVİZİYANIN ARXİVİNƏ HƏDİYYƏ ETDİ

Hulusi Kılıç Rövşən Məmmədovla görüşdü- ÖZ KİTABINI TELELVİZİYANIN ARXİVİNƏ HƏDİYYƏ ETDİ

Türk Ağsaqqalları Birliyi (TAİB)-nin Türk dünyası üzrə həmsədri, Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qonağı olub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbəri Rövşən Məmmədovla görüşüb.
Türkiyə-Azərbaycan münasibətlərindən, qardaşlıq əlaqələrinin möhkəmlənməsindən və son zamanlar ermənilərin törətdikləri təxribatlardan, dezinformasiyalardan danışan Hulusi Kılıç ona verilən yüksək dəyərə və diqqətə görə Rövşən Məmmədova öz minnətdarlığını bildirib.
Rövşən Məmmədov qonağı salamdıqdan sonra, Türkiyənin TRT telekanalı və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ortaq əməkdaşlığı haqqında ətraflı məlumat verib.
Tanınmış diplomat “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabını xatirə olaraq QSC-nin arxivinə hədiyyə edib.
Qeyd edək ki, TAİB-in Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk də görüşdə iştirak edib.
Sonda xatirə şəkillər çəkilib.