• 19 Mart 2024
logo
"Qisas"a görə Azərbaycanda 4 redaktor istefa verdi

"Qisas"a görə Azərbaycanda 4 redaktor istefa verdi

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları dünən tam tərkibdə istefa veriblər.
Bu barədə “Sputnik-Azərbaycan”ın redaktorları sosial şəbəkədə məlumat yayıblar.
Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina, Gülzar Mustafayeva Feysbukda paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.
“Beləliklə, nəzərinizə çatdırıram ki, bu gündən “Sputnik Azərbaycan” ilə yollarım ayrılıb. Mən və bəzi həmkarlarım Azərbaycanın mövqeyini müdafiə edərək mümkün olan və olmayan hər şeyi etdik. Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi buradakı işimdən utanmıram, vicdanım hər şeydə təmizdir. Bizi əymək istəyəndə biz də buna son qoyub getdik. Gözəl ov idi”, - “Sputnik Azərbaycan”ın redaktoru Gülzar Mustafayeva qeyd edib.
“Bu qədər! Bu gündən mənim “Sputnik Azərbaycan”la heç bir əlaqəm yoxdur. Orada qalanlara (hamısına deyil) uğurlar!”, - “Sputnik Azərbaycan”ın redaktoru Zülfiyyə Qurbanova yazıb.
Qeyd edək ki, həmkarlarımızın "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina etdikləri üçün insident yarandığı bildirilir.