• 28 Mart 2024
logo
Şuşada Beynəlxalq Media Forum başlayıb

Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB 

Şuşada Beynəlxalq Media Forum başlayıb.
"Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda keçirilən forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edir.
Forum çərçivəsində keçiriləcək panellərdə "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.
***
08:42

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forum keçiriləcək.
Forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.
Forumda iştirak edəcək 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələrindən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, Beynəlxalq Media Forum Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunur.

Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB