• 20 Aprel 2024
logo
DVX-nin rəis müavini: "Media qurumlarına vergi güzəştləri olunacaq"

DVX-nin rəis müavini: "Media qurumlarına vergi güzəştləri olunacaq"

Media haqqında qanun qüvvəyə mindikdən sonra, media subyektlərinin qeydiyyatı və vergi öhdəlikləri ilə bağlı Medianın İnkişafı Agentliyi ilə birgə layihələr icra olunur.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva deyib.
Onun sözlərinə görə, söhbət media qurumlarına müəyyən güzəştlərin şamil olunmasından gedir ki, bunların sırasında mənfəət vergisindən azad olunması məsələsi var və bu məsələ hazırda hökumət tərəfindən baxılmaqdadır.
"Biz bundan sonra da media subyektlərini, həyata keçirilən islahatların cəmiyyətə və sahibkarlığa aktiv şəkildə çatdırılmasında yaranan suallarla bağlı dövlət orqanları ilə çevik əlaqələrin qurulmasında aktivliyin qorunmasını gözləyirik", - deyə Samirə Musayeva qeyd edib.