• 16 Aprel 2024
logo
Fransa televiziyaları tətil edir

Fransa televiziyaları tətil edir

Fransanın əksər radio və televiziyaları bu səhərdən tətilə başlayıb.
“Figaro”nun xəbərinə görə, aksiyaya “France info”, “France Inter”, “France Culture” radioları, “France 2”, “France 24” və “Franceinfo” televiziyaları qoşulub.
Etirazlara səbəb hökumətin payızdan etibarən televiziyalar üçün abunə haqqını ləğv etmək barədə təklifi olub.
Prezident Emmanuel Makron seçki kampaniyası vaxtı bu ödənişi ləğv edəcəyini bildirmişdi.
Hazırda Fransada televiziyalar üçün illik abunə haqqı 1 televizor üçün 138 avrodur. Pensiyaçılar və televiziyaya internet üzərindən qoşulanlar bu ödənişdən azaddır.
Üzvlük haqqının ləğvi televiziyaları hər il 3 milyard avro vəsaitdən məhrum edəcək. Hökumət bu məbləği televiziyalara ödəməyə söz versə də, kanal rəhbərləri təkliflə razılaşmır. Onların fikrincə, abunə haqqının ləğvi televiziyaların maliyyə müstəqilliyini azaldır.