• 28 Mart 2024
logo
Musiqi və seriallarda dil qüsurlarının monitorinqi aparılacaq

Musiqi və seriallarda dil qüsurlarının monitorinqi aparılacaq

"Serialların və musiqilərin dilinin monitorinqi aparılacaq".
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva deyib. O bildirib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində yaradılacaq yeni şöbələrdə musiqilərin dilində, seriallarda və dublayjlarda yol verilən dil qüsurlarının monitorinqi aparılacaq.
Monitorinq Mərkəzinin direktoru deyib ki, sentyabr ayından media nümayəndələri üçün təlimlərə başlanılacaq.