• 26 İyun 2022
logo
Jurnalistlər üçün "Ədliyyə orqanlarında və məhkəmələrdə Kommunikasiya siyasəti" mövzusunda təlim keçirilib

Jurnalistlər üçün "Ədliyyə orqanlarında və məhkəmələrdə Kommunikasiya siyasəti" mövzusunda təlim keçirilib

Medianın İnkişafı Agentliyi, Ədliyyə Nazirliyi və Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının təşkilatçılığı ilə "Ədliyyə orqanlarında və məhkəmələrdə Kommunikasiya siyasəti" mövzusunda jurnalistlər üçün təlim keçirilib. Xalqcəbhəsi.az xəbər verir ki, təlimdə Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyət nümayəndələ əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov, Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimli, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Ədliyyə Nazirliyi insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin qrup rəhbəri Rasim Həsənov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Məhkəmə-Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev məruzə ilə çıxış edib. Təlimdə həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Müzakirələrdən sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Əli