• 29 Mart 2024
logo
Jurnalist Nicat Abdullayev QHT sədri seçildi

Jurnalist Nicat Abdullayev QHT sədri seçildi

Jurnalist Nicat Abdullayev Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) rəhbəri seçilib.
Bununla bağlı N. Abdullayev sosial şəbəkə hesabında paylaşım edib.
“Dünən Ədliyyə Nazirliyi tərəfindən QHT sədri kimi təsdiq edildim. Artıq jurnalistika və ictimaiyyətlə əlaqələr sahəsi ilə yanaşı Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) rəhbəri kimi ictimai fəaliyyətlə də məşğul olacam. 16 ildir fəaliyyət göstərən, ölkədə və xaricdə bir sıra önəmli layihələrə imza atan QASİM-in Azərbaycanın, eləcə də cəmiyyətimizin sivil inkişafı üçün gördüyü işləri 11 nəfərlik innovativ komandamızla davam etdirməyə çalışacam. QASİM-in qurucusu və 16 ildir təşkilata uğurlu rəhbərlik edən Anar Əsədliyə göstərdiyi etimada görə dərin təşəkkür edirəm. Mənə göstərilən bu etimadı doğrultmağa çalışacam”, - deyə o əlavə edib.
Nicat Abdullayev bildirib ki, sivil inkişafa təkan verə biləcək fikirləri, layihəsi olan hər kəs QASİM-ə qoşula bilər.