• 27 May 2022
logo
Audiovizual Şurada yayım operatorlarının rəhbərləri ilə görüş olub

Audiovizual Şurada yayım operatorlarının rəhbərləri ilə görüş olub - FOTO 

Audiovizual Şurada Azərbaycanda fəaliyyət göstərən yayım operatorlarının (kabel və İPTV) bir qisminin rəhbər və səlahiyyətli şəxsləri ilə görüş keçirilib.
Şuradan verilən xəbərə görə, görüşdə "Media haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və ondan irəli gələn məsələlər, yayım operatorlarının yeni hüquqi rejimdə fəaliyyətinin xüsusiyyətləri, mövcud lisenziyaların yeni lisenziyalarla əvəz olunması, xarici kanalların retranslyasiyası zamanı müəllif hüquqlarının qorunması və pirat kontentlə mübarizə kimi məsələlər, ümumən, audiovizual mediada olan yeniliklər, audiovizual yayımın tənzimlənməsində tənzimləmə, özünütənzimləmə və birgə tənzimləmə metodlarından istifadə ətrafında geniş müzakirələr aparılıb.
Qeyd olunan yeniliklərlə bağlı operatorlarla daimi kommunikasiyanın saxlanılması, canlı və ya onlayn platformada mütəmadi görüşlərin keçirilməsi planlaşdırılır.

Audiovizual Şurada yayım operatorlarının rəhbərləri ilə görüş olub - FOTO Audiovizual Şurada yayım operatorlarının rəhbərləri ilə görüş olub - FOTO Audiovizual Şurada yayım operatorlarının rəhbərləri ilə görüş olub - FOTO