Rusiyalı diplomatları vətənə qaytarmaq üçün Vaşinqtona yollanan İl-96 tipli təyyarənin bir neçə saat sonra ABŞ-ın paytaxtına enməsi gözlənilir.
“Figaro”nun xəbərinə görə, təyyarə deportasiya olunan rusiyalı diplomatları və onların ailələrini Moskvaya gətirməlidir. Rəsmi Vaşinqton hava məkanını Rusiya təyyarələrinə bağlasa da, bu reys üçün xüsusi icazə verilib. Məqsəd təxliyə prosesini sürətləndirməkdir.
Rəsmi Vaşinqton BMT-də çalışan 12 rus diplomatı casusluqda ittiham edərək ölkədən çıxarıb. Rusiya XİN-in məlumatına görə, bu təşkilatda yüzdən çox rusiyalı diplomat işləyir.