• 8 Dekabr 2024
logo
Sosial mediada siyasi məhbus Ruzbeh Piriyə dəstək videosu yayılıb

Sosial mediada siyasi məhbus Ruzbeh Piriyə dəstək videosu yayılıb

Güney azərbaycanlı sosial media və milli fəalları Təbrizin mərkəzi zindanında 3 il 8 ay həbs cəzasını çəkən siyasi məhbus Ruzbeh Piri ilə bağlı paylaşım edib.
“Güney Azərbaycanın övladlarını həbs etməklə Azərbaycanın tələbləri unudulmayacaq”- Ruzbeh Piri ilə bağlı yayılan qısa videoda belə deyilir.
Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.
Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.
“Təbriz” tələbə jurnalının baş redaktoru, "Müstəqil Tələbələrin İslam Cəmiyyəti" təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.
Gunaz.tv