• 29 Mart 2024
logo
Azərbaycanda COVID-19-dan vəfat edən jurnalistlərin sayı açıqlanıb

Azərbaycanda COVID-19-dan vəfat edən jurnalistlərin sayı açıqlanıb

Azərbaycanda ötən il jurnalistlər arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 288 nəfərə yaxın olub.
Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında bildirilib.
Xatırladılıb ki, 2020-ci ildə ölkədə 117 jurnalist COVID-19-a yoluxub.
Bildirilib ki, 2020-2021-ci illərdə infeksiyaya yoluxan jurnalistlərin ümumi sayı 405 nəfərə çatıb.
“COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb”, - qeyd olunub.