• 29 Mart 2024
logo
Dünyada 2 minə yaxın jurnalist COVID-19-dan vəfat edib

Dünyada 2 minə yaxın jurnalist COVID-19-dan vəfat edib

Dünyanın 94 ölkəsində ən azı 1940 jurnalist COVID-19 pandemiyasının qurbanı olub.
Bu barədə Cenevrədəki Press Emblem Campaign (PEC) təşkilatı məlumat yayıb.
Məlumatda jurnalistlərin COVID-19 infeksiyasından ən çox ölüm hallarına Braziliyada (295), Hindistanda (279), Peruda (199), Meksikada (122), Kolumbiyada (79), Banqladeşdə (68), ABŞ-da (67), İtaliyada (61), Venesuelada (59) və Ekvadorda (51) rast gəlindiyi bildirilib.
Ölüm halları 2020-ci ilin martından hesablanıb.
Daha 50 jurnalistin ölüm səbəbi dəqiqləşdirilir.