“Media haqqında” qanun layihəsi 9 fəsil və 78 maddədən ibarətdir”.
Bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri qeyd edib ki, layihədə prinsipial məsələlərdən biri media subyektlərinin dairəsidir: “Mühüm məsələlərdən biri də media subyekti sayılmaq üçün tələblərlə bağlıdır. Layihədə informasiya oğurluğunun qarşısını almaq üçün müddəalar əksini tapıb. Layihəyə əsasən, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə biləcək. Reyestrdə olmayan jurnalistlərin jurnalist sayılmayacağı ilə bağlı layihədə heç bir müddəa yoxdur. Jurnalistin azad fəaliyyəti layihədə əsas müddəalar sırasındadır. Jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi, ipoteka və sosial kreditlərdən yararlanması yaxşı olardı. Dünyada medianın qanuni yolla maliyyələşməsinin bir çox yolları var”.