• 16 İyul 2025
logo
Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımçıya dair tələblər müəyyənləşir

Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımçıya dair tələblər müəyyənləşir

Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımçının vəzifələri və audiovizual yayıma dair tələblər formalaşır.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin günlərdə audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:
- komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar, yayımlanmamalıdır;
- reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);
- azı hər iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;
- saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir.
Layihəyə əsasən, bu tələblər pozulduqda da yayım Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.