“Mediada islahatların birinci istiqaməti normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı idi”.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, buna görə də yeni “Media haqqında” qanun layihəsi hazırlanıb.
Ə. İsmayılovun sözlərinə görə, MEDİA tərəfindən diffomasiya ilə bağlı araşdırmalar aparılır.
“Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişiklik etməklə, cəzaların dekriminallaşması ilə diffomasiya ilə bağlı dəyişikliyə gedə bilərik”, - Ə. İsmayılov vurğulayıb.