• 27 Yanvar 2022
logo
“Xalq Cəbhəsi” qəzeti samballı materialları ilə oxucu rəğbətini qoruya bilən mətbuat fədailərimizin ön sıralarında dayanır”

“Xalq Cəbhəsi” qəzeti samballı materialları ilə oxucu rəğbətini qoruya bilən mətbuat fədailərimizin ön sıralarında dayanır”

Zahid Oruc: “Qəzet mötəbərlik, maarifçilik və obyektivlik kimi ali məqsədlərə dönmədən xidmət edib”

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc “Xalq Cəbhəsi” qəzetini fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyliyə!
Hörmətli Elçin müəllim, Noyabrın 30-u Azərbaycan mətbuatında böyük ənənələri olan “Xalq Cəbhəsi” qəzetinin 20 illiyidir. Uğurlu təşəbbüs kimi meydana çıxan “Xalq Cəbhəsi” qəzeti ictimai-siysi palitraya özünəməxsus dəst-xətt və üslub gətirərək geniş oxucu kütləsi qazanmış, Azərbaycanda yazılı media sahəsində mötəbərlik, maarifçilik və obyektivlik kimi ali məqsədlərə dönmədən xidmət etmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən azad media siyasətinin nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələri mühüm ictimai və milli funksiyanı öz üzərinə götürmüşdür. Ona görə də, söz və fikir plüralizmi şəraitində “Xalq Cəbhəsi” qəzeti, onlayn media platforması geniş izləyici kütləsi toplaya bilmişdir.
Qəzetinizin tarixi Azərbaycan dövlətçiliyinin 90-cı illərdə hansı imtahanlardan keçdiyini, Prezident İlham Əliyevin ölkəmizi dünyada yeni mərhələyə çıxarmaq üçün atdığı addımlara dair zəngin məlumatları, şərhləri, reportajları qoruyub saxlamaqdadır. 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəmizə həsr olunan fəaliyyətiniz parlaq tariximizin ən mühüm səlnaməsi kimi hər zaman müraciət olunan ünvana çevriləcəkdir.
“Xalq Cəbhəsi” qəzeti bu gün öz samballı və analitik materialları ilə oxucu rəğbətini qoruya bilən mətbuat fədailərimizin ön sıralarında dayanır.
Hörmətli Elçin müəllim, Sizi “Xalq Cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə bir daha ürəkdən təbrik edir, bütün kollektivinizə ən səmimi arzularımızı bildiririk!
Hörmətlə, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc”.