• 19 Aprel 2024
logo
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib

Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib

Oktyabrın 14-15-də Varşava mərkəz olmaqla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun(DTİHB) iki günlük toplantısı keçirilib. “DTİHB: üç onillik vəgələcəyə hazırlıq – demokratiya, insan haqları vətəhlükəsizlik” adı altında keçirilmiş toplantıya ATƏT-in üzvölkələrin nümayəndələri ilə yanaşı, milli və beynəlxalqvətəndaş cəmiyyəti təmsilçiləri də qatılıb.Azərbaycandanqeyd edilən tədbirin iştirakçıları arasında Mətbuat Şurasıİdarə Heyətinin üzvü, xarici əlaqələr komissiyasının sədriAzər Həsrət də olub.
Tədbirin açılışında DTİHB direktoru Matteo Mekkasi, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziriAnn Linde və Polşa xarici işlər nazirinin müavini Simon Sinkovski çıxış edərək ötən 30 il ərzində qurumun ATƏT coğrafiyasında qeyd olunan istiqamətlər üzrə verdiyitöhfələrdən danışıb.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib. İkigün ərzində beş ayrı paneldə maraqlı müzakirələr aparılıb.
İştirakçılar “İnsan haqları və demokratiya: ATƏT-in təhlükəsizlik üzrə vahid baxışının irəlilədilməsi”, “Yüksəliş: ictimai və siyasi həyatda inklüziv iştirak”, “DemokratiyaATƏT regionunda tək bir legitim idarəetmə sistemi kimi”, “İnsan haqları və təməl hüquqların birlikdə irəlilədilməsi vəqorunması”, “Dözümsüzlük və ayrıseçkiliyin bütünformalarına münasibət, bərabər və inklüziv cəmiyyətlərinqurulması” mövzusunda mütəxəssislərin çıxışlarınıdinləyib, maraqlı müzakirələrin iştirakçısı olublar.
Azər Həsrət tədbirlə bağlı qeyd edib ki, bir qayda olaraqbu platformadan öz şər-böhtan kampaniyaları üçünistifadə edən ermənilər bu dəfə susqunluqlarıyla diqqətçəkiblər. Tədbirə qatılan Ermənistan (və xaricdəki erməni) vətəndaş cəmiyyəti təmsilçiləri iki gün ərzində bir dəfə dəolsun çıxış etməyiblər. Lakin tədbirin sonunda dövləttəmsilçilərinin bəyanatla çıxış etdiyi paneldə Ermənistanınrəsmi təmsilçisi tribunaya qalxıb. Bununla belə onun özçıxışında Ermənistan-Azərbaycan münasibətləri, Qarabağhaqqında bir kəlmə də danışmaması diqqət çəkib.
İki günlük tədbirdə daha çox Orta Asiya ölkələri, eləcə dəİspaniyadakı bölücü bölgə olan Kataloniya təmsilçilərininöz dövlətlərinə qarşı çıxışları diqqət çəkib. Eyni zamandaYunanıstanda daimi təzyiq və təqiblərə məruz qalan BatıTrakya türklərinin məsələsi də diqqətə çatdırılıb.