• 17 Oktyabr 2021
logo
Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılacaq

Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılacaq

Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılması üçün texniki şərtlər hazırlanır.
Bu barədə APA-ya açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib.
Ə. İsmayılovun sözlərinə görə, mütəxəssislər innovativ olaraq, artıq MEDİA ilə birlikdə işləyir: "Şərtlər toplusu hazır olduqdan, müvafiq qaydada tenderlər həyata keçirildikdən sonra qısa müddət ərzində “e-kiosk”, yaxud “e-qəzet” formatında olması düşünüləcək belə bir platformanı cəmiyyətin, ictimaiyyətin istifadəsinə verəcəyik".