• 24 Aprel 2024
logo
Gürcü jurnalistlər erməni vandalizminə məruz qalmış Cəbrayıl şəhər qəbiristanlığına baş çəkiblər

Gürcü jurnalistlər erməni vandalizminə məruz qalmış Cəbrayıl şəhər qəbiristanlığına baş çəkiblər - FOTO

Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademik işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər çərçivəsində Cəbrayıl şəhər qəbiristanlığına baş çəkiblər.
APA-nın əməkdaşı xəbər verir ki, qonaqlar dağıdılmış qəbiristanlıqla tanış olub, qazılmış, məhv edilmiş qəbirlərə baxış keçiriblər.
Qəbiristanlıqda çəkiliş aparaq gürcü jurnalistlər erməni faşizminin izlərini gözləri ilə görüblər.
Onlara məlumat verilib ki, ermənilər 30 illik işğal dövründə dini abidələrlə yanaşı, azərbaycanlıların qəbiristanlıqlarını da dağıdıb, məzarlar üzərində vandalıq əməlləri törədiblər.