• 25 Aprel 2024
logo
Gürcü jurnalistlər Xudafərin körpülərində olub, Xudafərin kəndinin dağıntılarına baxıblar

Gürcü jurnalistlər Xudafərin körpülərində olub, Xudafərin kəndinin dağıntılarına baxıblar - FOTO 

Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademik işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər çərçivəsində Xudafərin körpülərində olub.
APA-nın əməkdaşı xəbər verir ki, onlar körpülərə baxış keçiriblər.
Qonaqlar işğal zamanı ermənilər tərəfindən dağıdılmış Xudafərin kəndində də olublar. Onlar ermənilərin kənddə törətdiyi dağıntıların şahidi olub, vandallığın izlərini gözləri ilə görüblər.
Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.